Uill Smit dünyanın ən hündür binasına çıxdı 

Hollivud ulduzu Uill Smit dünyanın ən hündür binası Bürc Xəlifəyə çıxıb.
Axşam.az xəbər verir ki, aktyor pandemiya zamanı aldığı çəkidən əziyyət çəkirdi. O, çəki atmaq üçün başladığı yolu ekranlaşdıraraq yutub hesabında paylaşmaq qərarı alıb. 6 bölümlük layihə üçün son olaraq Bürc Xəlifəyə çıxıb. Ən yüksək hədəfi qarşısına qoyan Smit 160 mərtəbəli, 828 metr hündürlüyə malik binanın zirvəsindən kameralara poz verib.

Qeyd edək ki, aktyorun mayda instaqram hesabında paylaşdığı foto izləyicilər tərəfindən tənqid edilmişdi. O, həyatında sahib olduğu ən pis bədən quruluşundan ən qısa vaxtda qurtulacağını bildirmişdi.