Milyarderin varisi toyda 5 geyim dəyişdi - Foto

Amerikalı neft maqnatı, tarixdə ilk dollar milyarderlərindən biri olan mərhum Pol Qettinin varisi Ayvi fotoqraf Tobias Engelə ərə gedib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mərasim San-Fransiskoda keçirilib. Ayvin toyda 2 gəlinlik geyinib. Gəlinliklərin dizayneri Con Qalliano da mərasimə dəvət alan 450 qonaq arasında yer alıb. Rəsmi hissədən sonra Ayvin daha 3 geyim dəyişib.

Qeyd edək ki, cütlük ortaq dostlarının vasitəsi ilə tanış olub.