Sərxanla Nazilə Sədərəkdən mal alanları aşağıladılar:“Ora gedənlərdən..."

Aktyor Sərxan Kərəmoğlu ilə şairə Nazilə Səfərlinin "Zaurla Günaydın" verilişindəki dialoqu qalmaqallı ab-hava yaradıb.
"Sherg.az" xəbər verir ki, N.Səfərli S.Kərəmoğluya  "O günü səni Sədərəkdə gördüm, boynundakıları oradan aldın?"deyib.
Şairənin sözlərinə cavab verən aktyor S.Kərəmoğlu bildirib ki, "Mən Sədərəyə (T/M) gedənlərdən deyiləm".
Verilişin aparıcısı Günay Bəxşəliyeva isə  S.Kərəmoğlunun sözlərinə "Nə varsa, elə Sədərəkdə var" deyə cavab verib.