Müğənni Elnarə Xəlilova ailə büdcəsindən söz açıb.
"Sherg.az"ın məlumatına görə, "Şourum"un qonağı olan müğənni dolanışığı barədə danışıb:
"Dövlət Sərhəd Xidmətinin ( DSX ) baş leytenantıyam. Dövlətdən maaş alıram. Bizim ailəmizi yoldaşım saxlayır. Öz qazandığım pulla mahnılar oxuyuram, kliplər çəkdirirəm. Tələbə də yetişdirirəm".
Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova DSX-nin Nümunəvi Hərbi Orkestrinin solistidir.