Nadir Qafarzadədən separatçı açıqlama "Türk olmaq istəmirəm" -   - VİDEO

"Türk olmaq istəmirəm. Məni məcbur edirsiniz ki, türk olum"
"Sherg.az" xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə ANS TV-də yayımlanan "Günəbaxan" verilişində deyib. O bildirib:
"Mən azərbaycanlıyam. Türkiyə bir millət kimi sağ olsun. Amma ikisi də ayrı-ayrı dövlətlərdir. Gedin, görün, orada sizə hörmət edirlər? Heç sizi üçüncü dərəcəli insan olaraq da, saymırlar. Mən dağlıyam! Ulu Öndərimizin də dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam".

Qeyd edək ki, müğənninin bu açıqlaması sosial şəbəkələrdə sərt tənqid olunub. Bəzi istifadəçilər bildiriblər ki, Nadirin "Mən dağlıyam" deməsi separatçılıq meyillərindən irəli gəlir.