Haluk amerikalı aktrisa Elizabet Mossla birlikdə rol alıb


Türkiyəli aktyor Haluk Bilginər Amerikanın "The Veil" serialına çəkilib. 


Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ekran işində dünya şöhrətli amerikalı aktrisa Elizabet Mossla birlikdə rol alıb.

Türkiyədə lentə alınan layihənin prodüserliyini də Elizabet edib.

Qeyd edək ki, Haluk Bilginər "Emmi" mükafatını qazanan yeganə türk aktyordur.