Könülün oğlu ilə eşq yaşadığı iddia olunan müğənnini döyüblər? - FOTO

Bir vaxtlar adı Əməkdar artist Könül Kərimovanın oğlu Rəşadla eşq dedi-qodularında hallanan ifaçı Müjgan Ayxan qəzaya düşüb.
“Sherg.az” xəbər verir ki, o,  bu barədə özü məlumat yayıb.
İfaçı bildirib ki, avtomobil qəzasında baş hissəsindən zədə alıb və burnunda problem yaranıb.
Burnuna tikiş atılan müğənni hazırda yaxşı olduğunu bildirib.

Şərhlərdə isə onun fiziki şiddətə məruz qaldığı iddia edilib.
Qeyd edək ki, M. Ayxan həm də bir müddət öncə geniş müzakirə yaradan “Rəisim” mahnısının ifaçısıdır.