Aynişan sükutu pozdu:“Sevdiyinin qədrini bilmək...”



Reper Orxan Zeynallı ötən ilki rekord qıran konsertlərindən 6 ay sonra yenidən səhnəyə çıxıb.
“Sherg.az” xəbər verir ki, 6 mindən çox insan qarşısında çıxış edən müğənni “Gemini” adlı gecəsində hitlərini ifa edib. Anşlaqla keçən konsertə “Hər şey zordur. Məkanın sahibi buradadır” sözləri ilə başlayan Orxan fanatlarına onu diqqətdə saxladıqları üçün minnnətdarlığını bildirib.

Ümumilikdə 26 mahnı ifa edən Orxana gecədə Röya Miriyeva, Rizvan Əliyev, Tomris, Okaber, Çinarə Məlikzadə, PRoMete, Vüsal Qasımov, Samir Səlimov, Aynişan Quliyeva kimi sənətçilər yoldaşlıq edib.
Okaber və Aynişan Quliyeva illər sonra ilk dəfə reperin səhnəsinə qonaq olublar. Orxanın tədbirdəki vokalistliyini gənc ifaçı Nərgiz Məcidli edib.
İllər ərzində yazdığı və rəğbət görən mahnılarını səsləndirən Zeynallı “Bütün nəaliyyətləri, uğurları qazanmaq olar, ancaq bunu sevdiyin insanla bölüşəndə məna qazanır. Sevdiyinin qədrini bilmək lazımdır, sonra gec olacaq” sözləri ilə diqqət çəkib.
Zeynallı konsertdə keçmiş HOST qrupunun üzvlərinə, xüsusilə Elxan Zeynallı (Qaraqan) və PRoMete-yə təşəkkür edib.
Tamaaçıların reperlə birgə mahnılar səsləndirdiyi konsert rəngli görüntülərə səhnə olub.