Şəbnəm 200 manatlıq paltarı bir dəfə geyinib atır: sumka 1200, ayaqqabı 500 AZN...

Müğənni Şəbnəm Tovuzlu geyimləri ilə bağlı açıqlama verib. 
“Sherg.az” xəbər verir ki, ən çox ayaqqabı və çantaya pul xərclədiyini deyən Şəbnəm bunları söyləyib:
“Mən bahalı geyinmirəm. Bahalı alan deyiləm. Çünki bunu bir dəfə geyinirəm. Uzağı 150-200 manat verib ala bilərəm. Bu paltar 200 manatdır. Bir dəfə geyindim, sonra geyinməycəyəm. Mən çanta və ayaqqabı sevirəm. Ən bahalı çantamın qiyməti 1200 manat olub, ayaqqıbını da 400-500 manata aldığım olub”.