İbrahim Tatlısesin Bakı konserti təxirə salındı

Türk musiqisinin “İmperator” ləqəbli sənətçisi İbrahim Tatlıses illər sonra Bakıya gəlməli idi.
Bakupost.az xəbər verir ki, sənətçinin “Baku Crystal Hall”da keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Bilet alan izləyicilərə bildirilib ki, tədbir ləğv edilib. Bu barədə “iticket” platforması məlumat yayıb. Tatlısesin konserti 21 oktyabr tarixinə keçirilib.
Qeyd edək ki, 20 maya planlaşdırılan biletlər 45-500 manat arası dəyişirdi.