Eşqindən şillə kimi sözlər:“Südü xarab...” – Hədəf Aysundur?

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılovanın boşandığı həyat yoldaşı Eşqin Cəlilov paylaşımı ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o, ad çəkmədən bəzi şəxslərə söz atıb:
“Məni özünə düşmən sayan insanlara səslənirəm. Siz məni düşmən görə bilərsiniz. Amma mən sizi heç rəqib bilmirəm. Bir addımı atanda onun sonrasını də fikirləşin. Çox gülməlisiniz. Məndən alacağınız ancaq vaxt olar. Yerdə qalanı özüm sizə vermişəm, verirəm, verəcəm də”.
Eşqin bir həftə əvvəlki postunda isə “Dürüstlük və düzlük qaymaq kimidir. Südü xarab insanlarda tutmur” sözlərini yazıb.