Cavanşir Məmmədov:“Paltom 17 min dollardır”

Müğənni Cavanşir Məmmədov bahalı geyimlərindən danışıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində qonaq olarkən açıqlama verib. 
Sənətçi deyib ki, onun bir müddət öncə gündəm olan xəz dəri paltosu 17 min dollardır:
“Azneft tərəfdə bir bahalı dükan var idi. Dostumla ora getmişdik. O, iki palto götürdü, biri 17 min dollar idi. Mənim də əynimə tam oldu. Xeyli bazarlıq etmişdik. Söhbət 1 dolların 78 qəpik olduğu vaxtlardan gedir”.