2023-cü ilin ən yaxşı filmi ən böyük ekranlarda izlənəcək
İyulun 21-də "Oppenheimer" ilə ekranlara çıxan “Barbi” filmi böyük uğur qazanıb. Birdən çox rekord qıran film IMAX-a gəlir.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, filmin istehsal şirkəti “Warner Bros” 2023-cü ilin ən çox gəlir gətirən filmi “Barbi”ni IMAX kinoteatrlarında tamaşaçılara təqdim edəcək. Film sentyabrın 22-dən seçilmiş kinoteatrlarda nümayişə olunacaq və yalnız bir həftə davam edəcək.
Filmin rejissoru Gerviq, "Biz “Barbi”ni kinoteatrlarda görünməsi üçün etdik. Filmi IMAX-a, böyük ekrana gətirə bilmək çox gözəl hissdir" deyə bildirib.
IMAX nədir?
Tamaşaçılara ən real film təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyan IMAX formatı adi filmlərdən daha keyfiyyətli və daha aydın çəkiliş vəd edir. IMAX kinoteatrları nəhəng ekran ölçüsü və təkmil səs sistemi ilə tamaşaçıya özlərini filmin içindəymiş kimi hiss etdirir.
Rekord üstünə rekord qırdı
“Barbi” filmi açılış həftəsonunda 155 milyon dollar qazanaraq 2023-cü ilin ən yaxşı açılış filmi oldu. Digər tərəfdən film, Kristofer Nolanın "Qara cəngavər" filmini geridə qoyaraq, “Warner Bros”un ən çox baxılan filmi kimi kino tarixinə düşdü.
Onun filmi həm də rejissor Gerviqə dünya miqyasında kassaya ən çox gəlir gətirən canlı döyüş filminin qadın rejissoru adını qazandırdı.
Barbi haqqında
Barbi və Ken rollarını Margot Robbie və Ryan Gosling oynayır. Bununla belə, filmdə başqa Barbi və Ken personajları da var. Pop ulduzu Dua Lipa su pərisi Barbi rolunu, diplomat Barbini Bridgerton serialından tanıdığımız Nikola Koflan, Ali Məhkəmənin hakimi Barbini isə Ana Kruz Kayne canlandırır.
Film Barbi ölkəsində yaşayan və kifayət qədər mükəmməl olmadığı üçün qovulan Barbi kuklasının real həyat macəralarından bəhs edilib.
Turan