Ancelina Colinin döymələri gündəm oldu 

Ancaq bunun Bred Pittlə heç bir əlaqəsi yoxdur

Hollivud “ulduzu” Ancelina Colinin əlinin içinə etdiyi döymələr sosial mediada gündəm olub. Barmaqlarının iç tərəfinə döymə etdirən aktrisanın bununla keçmiş həyat yoldaşı, Hollivud “ulduzu” Bred Pittə mesaj göndərdiyi ehtimal edilir. Hər iki “ulduz” son dönəmlər məhkəmə dartışmalarıyla gündəmdədir. 

Onların adı gah şərab anbarına görə, gah da əmlak davasına görə tez-tez hallanır. Üstəlik, Ancelina Colinin aktrisalığa vida edib Brodveydə Müzikholl açacağı xəbərləri də yayılıb. İndi də döymələr gündəmə çevrilib. 

Ancelina Colinin əlinin içindəki döymələrsə məşhurların döymələrinin müəllifi olan Mr. K-yə məxsusdur. Müəllif isə aktrisanın əlindəki döymələr haqqında “bunun Bred Pittlə heç bir əlaqəsi yoxdur”, - deyərək mübahisələrə son vermək istəyib. 2016-cı ildə rəsmi şəkildə yollarını ayıran “ulduz” cütlük 6 övlad sahibidir.