Bütün kişilər onu arzulayır

Monika Bellucci: “Bu, məni rahatsız etmir”

“Malena”, “Spectre” və “Günəşin göz yaşları” kimi filmlərdə yaratdığı obrazlarla məşhurlaşmış italiyalı aktrisa Monika Bellucci karyerasının ilk illərində əks cinsin arzulanan qadını olmağından danışıb. Aktrisa bunu etiraf edərək deyib ki, illərlə ona bu prizmadan yanaşılıb, lakin o, bundan heç vaxt rahatsız olmayıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, italiyalı “ulduz” karyerasının başlanğıcında canlandırdığı obrazlarla məşhurlaşıb. Aktirsanın məşhurlaşmasında, həm də qadın kimi çox gözəl olması da böyük rol oynayıb. Gözəlliyi ilə də diqqət çəkən aktrisaya məşhur markalardan təkliflər gəlib və o, dünya brendi “Dolce&Gabbana”nın siması olub. 

Sonrasında M.Bellucciyə ard-arda təkliflər gəlib və o, Francis Ford Coppola və Mel Gibson kimi peşəkarlarla birgə çalışıb. Bununla  da Hollivuda addım atıb. “Harpers Bazaar”  dərgisinə danışan 58 yaşlı aktrisa gəncliyinin ilk illərində əks cinsin gözündə sadəcə gözəl qadın kimi göründüyündən bəhs edib. 

“Bu, məni rahatsız etmədi. Zamanla alışdım buna. Bəzən gözəllik insan üçün maska yaradır”, - deyən aktrisa karyerasının ilk illərində çılpaq səhnələrə çəkilməyi qəbul etdiyini də söyləyib. Aktrisa deyib ki, bəzi filmlərdə sadəcə, bədənindən istifadə edib. Aktrisanın moda dünyasından gəlməsi və bir çox məşhur fotoqraflarla əməkdaşlıq etməsi də onu faktiki, arzulanan qadın olmağa itələyib.  Hazırda məşhur aktrisa və model rejissor Tim Burton ilə birlikdədir. Və onun çəkdiyi “Betər böcək” filmində əsas rollardan birini ifa edir. Aktrisanın Hollivud aktyoru Vincent Cassel ilə evlilikdən Deva və Leonie adında iki qız övladları var.