Mançonun səsini təqlid edərək məşhurlardan pul alıblar 

Barış Mançonun musiqiçi oğlu Doğukan Mançonun və Ayna qrupunun üzvü Erhan Güleryüzün səsini təqlid edən dəstənin məşhurları aldadaraq onlardan pul yığdıqları ortaya çıxıb.

Məlum olub ki, bir dəstə Doğukan Manço və Erhan Güleryüzün səsindən istifadə edərək məşhurları aldadıb. Sherg.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, dəstə üzvləri Demet Akalın və Beyazıt Öztürkə zəng edərək pul istəyiblər.

 Ahmet Güvençin də “qardaş, mən Doğukanam, evdən çıxdım, təcili pula ehtiyacım var” deyərək aldadıldığı aydın olub. Güvenç fırıldaqçı Doğukan Mançoya min lirə göndərib.

Şübhəlilərin, müxtəlif səsləri  təqlid edərək 47 nəfərin 15 milyon lirəsini alaraq aldatdıqları müəyyən edilib.