Kral həyatı ilə vidalaşan və ABŞ-da yeni səhifə açan Şahzadə Harri və Meqan Markl cütlüyü yeni anlaşşmaları ilə gündəmə gəlib. Meqan Marklın sosial mediaya dönəcəyi və onun paylaşımlarından birinin ən azı 1 milyon dollar dəyərində olacağı təxmin edilir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədəki krallıq vəzifələrini tərk edərək 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar.
Bu yaxınlarda sona çatan iş sövdələşmələri və boşanma iddiaları ilə adından söz etdirən Meqan Marklın yenidən sosial mediaya dönəcəyi iddia edilib.
"Daily Mail"-in xəbərinə görə, İnstaqram hesabı açmağı planlaşdıran Markl tək bir paylaşımdan belə milyonlarla dollar qazana bilir. Marklın sosial mediaya qayıtması ilə cütlüyün böyük sərvət qazana biləcəyi təxmin edilir.
Cütlük kral ailəsinin üzvü olduqları zaman @sussexroyal adlı ortaq hesabdan istifadə edirdilər. Marklın hazırda @meghan adlı bir hesabı var.
Çəhrayı pionların profil şəkli olan hesabın Markla məxsus olduğu güman edilir. Peonies ulduzun sevimli çiçəkləridir. Markla yaxın mənbələrin "Bəli. Bu onun hesabıdır. İzləmədə qalın. O, geri qayıdacaq" dedikləri bildirilir.
Marklın bir neçə dostu hazırda onun hesabını izləyir.
Marklın 2018-ci ildə Şahzadə Harri ilə evlənmədən əvvəl 3 milyondan çox izləyicisi var idi. Ötən il "The Cut"a müsahibə verən aktyor "Sirr eşitmək istəyirsiniz? İnstaqrama qayıdırıq" demişdi.