Rihannanın ikinci körpəsinin adı açıqlanıb - Riot üsyan deməkdir

Uzun müddətdir ASAP Rocky ilə sevgili olan Rihannanın ikinci körpəsinin adı açıqlanıb.

Sherg.az  xarici KİV-lərə istinadən xəbər verir ki, İki ilə yaxındır ki, reper ASAP Rocky ilə birlikdə olan Rihanna 13 may 2022-ci ildə ilk körpəsini dünyaya gətirib. RZA adlı bir oğlu olan Rihanna Super Bowl-un fasiləsində çıxışı zamanı ikinci övladına hamilə olduğunu açıqlayıb.

Rihanna və ASAP Rocky ikinci körpələrini avqustun 1-də gizli şəkildə qarşılayəblar. Məşhur ad daha bir oğlunu dünyaya gətirib.


 
Cütlüyün ikinci körpəsinin adı açıqlanıb. 35 yaşlı müğənni və məşhur reper körpələrinə Riot Rouz Mayes adını verib. Cütlüyün reperin bu ilin əvvəlində çıxardığı "Riot" mahnısına istinad olduğu düşünülür.

Riot sözü ingilis dilində üsyan və səs-küy deməkdir.

İlk övladlarına "RZA Athelston Mayers" adını qoyan cütlüyün "R" hərfi ilə başlayan ad  seçməsi də diqqət çəkib.

Rihanna 2020-ci ildə Britaniyanın "Vogue" jurnalına verdiyi müsahibədə üç və ya dörd uşaqlı böyük bir ailə arzusunda olduğunu demişdi.