"Yaprak Dökümü"ndə Ferhunde obrazı ilə yadda qalan Deniz Çakır və iş adamı Bilgehan Baykal ailə qurub. Sherg.az türk mediasına istinadən xəbər verir ki, uğurlu seriallarla adından söz etdirən məşhur aktrisa Dəniz Çakır nigah masasına oturub. Sarıyerdə keçirilən toya cütlüyün ailələri, yaxın dostları qatılıb. Cütlüyün toy şahidləri arasında aktrisa və müğənni Zuhal Olcay yer alıb.
Deniz Çakırın şahidi Sanem İşler Şen və Zuhal Olcay, Bilgehan Baykalın isə şahidləri Başar Başaran və Habil Özden olub. Məşhur aktrisa toyda krujevalı, uzunqol gəlinliyə üstünlük verib. Gəlinlikdə dizayner Qamze Saraçoğlunun imzası var.
Toyda cütlüyün görüşməsinə kömək edən Zuhal Olcay da çıxış edib.