Bodrum konsertində şortiklə səhnəyə çıxdığı üçün sosial şəbəkədə mənfi şərhlər alan Mahsun Kırmızıgül bir ay sonra susqunluğunu pozub. “Yenidən səhnəyə çıxmağım üçün tamaşaçılarım sözün əsl mənasında hər şeyi məhv etdi” deyən sənətçi bir dəfə də olsun pərəstişkarlarına hörmətsizlik etmədiyini vurğulayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mahsun Kırmızıgülün səhnədə şortik geyinməsi tənqidlərə səbəb olub. Məşhur müğənni sosial şəbəkədə yayılan görüntülərdən sonra açıqlama verib. Konsertdən sonra pərəstişkarlarının təkidi ilə səhnəyə çıxdığını bildirən Kırmızıgül pərəstişkarlarına hörmətsizlik etmədiyini bildirib.
Kırmızıgül konsertdən sonra "Məni yandırdın. İndi "şortla səhnəyə çıxdı" deyəcəklər" dediyi anın görüntüsünü İnstaqram hesabında paylaşaraq tənqidlərə cavab verib.
54 yaşlı sənətçi "Geyimimə görə tamaşaçılardan üzr istədim. Bunu bilmənizi istəyirəm. Sənət həyatım boyu bir dəfə də olsun tamaşaçılarıma, məni sevən sevdiklərimə hörmətsizlik etməmişəm. İddia edirəm ki, ki, bu dünyada tamaşaçısına məndən çox hörmət edən başqa bir sənətçi yoxdur". deyə bildirib.