Məşhur aktrisa Keyt Uinslet yeni "Li" filmində çılpaq səhnələri ilə gündəmə gəlib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa bununla bağlı səmimi etiraflar edib.
Keyt Uinslet “Vogue” jurnalında dərc olunan son müsahibəsində deyib ki, çəkilişin ilk günündə belindən ciddi zədə aldığını və bu hadisə onun idmanla məşğul olmasına mane olub.
Filmdəki bir səhnədəki rolu üçün çimərlikdə üstü açıq pozalar verən Uinslet çəkiliş qrupunun qarşısında soyunmaqdan utanmasına baxmayaraq, ekranda çılpaqlıqdan qaçmaqdan imtina etdiyini bildirib.
Məşhur aktrisa "Mən həmişə hər şeyi canlandırmaq zorundayam! Dəyərli enrjimi öz fiziki mənliyimi müzakirə etmək üçün xərcləməyə sərf etməməliyəm".
O, davam edir: "Məncə, hər bir qadının bunu deməsi daha yaxşı olardı: Mən özümə inanıram. Başqalarının nə düşündüyü önəmli deyil. Mən kiməm."