Şakira "İntiqam rəqsi" ilə gecənin ulduzu olub

Musiqi dünyasının ən yaxşılarının seçildiyi, hər il məşhur adların səhnə şouları ilə gecəyə damğasını vurduğu MTV Video Music Awards qaliblərini tapıb. Gecədə "Maykl CeksonMükafatına" layiq görülən latın müğənni Şakira rəqs performansı ilə gecənin ən çox danışılan adı oldu. Sosial şəbəkələrdə müğənninin Jerar Pikeni hədəf alması ilə bağlı şərhlər edilib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2023 MTV Video Musiqi Mükafatları ötən axşam keçirilən mərasimdə qaliblərini tapıb. Taylor Swift musiqi dünyasının ən yaxşılarının seçildiyi gecədə "İlin mahnısı" da daxil olmaqla 9 mükafatla öz izini qoyub.

Latın müğənnisi Şakira "Maykl Cekson Mükafatı"na layiq görülüb.

Bir müddət əvvəl 12 il birlikdə olduğu Jerar Pike tərəfindən aldadılaraq gündəmə gələn 46 yaşlı kolumbiyalı müğənni gecədəki çıxışı ilə gündəmə gəlib.

Şakira unudulmaz rəqs performansı ilə karyerasının ən məşhur mahnılarını ifa edib.

Müğənni hətta rəqqasları ilə çıxışı zamanı bıçaqla şou da nümayiş etdirib.

Şakiranın çıxışı sosial şəbəkə istifadəçiləri tərəfindən "intiqam rəqsi" kimi qiymətləndirilib.

Onu aldadan Xerard Pikeyə aid olduğu düşünülən "Copa Vacia" mahnısını ifa edən Şakira gecənin ulduzu olub.