Reperin keçmiş xanımının aylıq xərci gündəm oldu


Rusiyalı reper Morqenşternin keçmiş həyat yoldaşı Dilarə Zinatullina şəxsi baxım üçün hər ay xərclədiyi məbləği açıqlayıb.

Sherg.az olay-a istinadən bildirir ki, 23 yaşlı bloger ayda bir milyon rubl xərcləyir. 

Onun sözlərinə görə, bu məbləğə yalnız geyim, zinət əşyaları və müxtəlif kosmetik vasitələrin alınması daxildir. 

Eyni zamanda o, saç düzümü və digər gözəllik prosedurlarına çox qənaət edir, çünki onun öz gözəllik salonu var.