Mehmet Ali Ərbilin 6-cı dəfə evlənəcək

Yeni iddia yayılıb
  
Türkiyənin məşhur şoumeni Mehmet Ali Ərbilin 6-cı dəfə evlənəcəyi xəbərləri yayılıb. M.A.Ərbil bu xəbərlərə nə hə, nə də yox cavabı verib. Amma sevgi münasibətlərində olduğu iddia edilən gənc qadın, Almaniyadan Türkiyəyə gəlmiş Gülseren Ceylanla birgə fotoqraflarını bu günlərdə sosial mediada paylaşıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, məhz bu paylaşım da şoumenin yaxın zamanda yenidən – altıncı dəfə evlənəcəyi xəbərlərinin yayılmasına rəvac verib. Şoumen bu günlərdə qatıldığı bir proqramda gülə-gülə “Allaha şükür, sağlam bir kişiyəm. Andropoz mərhələsinə hələ keçməmişəm”, - deyib. Onun bu açıqlaması da təpki ilə qarşılanmışdı. 66 yaşlı şoumen daha sonra açıqlama verərək sözlərinin yanlış anlaşıldığını söyləyib. Lakin yenə də onun təkrar evlənməyə hazırlaşdığı xəbərləri ortadan qalxmayıb. Şoumenin öz qızı Yasəməndən 3 yaş kiçik Cülseren Ceylanla fotosunu paylaşması evlilik iddialarını gücləndirib. Sosial media izləyiciləri şoumenə hücuma keçərək “nəvən yaşındadı”, “bu qocalıb, xəstədir, ona qulluq edəcək birini tapıb, evlənmək istəyir”, “mən hələ bir dəfə də evlənə bilməmişəm, bu, 6-cıya hazırlaşır”, “psixoloji problemləri var”, - mesajlarının yazıblar.