Hadisədən iddialı poza: "Heç kim sənin kimi sevməz"

Yeni mahnısı üçün günlərini sayan Hadisə iddialı pozalarına bir yenisini də əlavə edib. Arxasını çevirərək üstsüz pozalar verən Hadisə izləyiciləri tərəfindən minlərlə bəyənmə toplayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, müğənni Hadisə Açıkgöz və iş adamı Mehmet Dinçerler təxminən bir il eşq yaşadıqdan sonra 2022-ci ilin martında nişanlanıb və iki ay sonra Çırağan Sarayında təşkil edilən sadə mərasimlə həyatlarını birləşdiriblər.

Sakitcə nikah masasına oturan cütlüyün xoşbəxtliyi uzun sürməyib. Ayrılıq qərarı ilə günlərlə gündəmdən düşməyən məşhur cütlük 1 oktyabr 2022-ci ildə  5 aylıq evliliklərini bitirib.

Bu yaxınlarda yeni mahnısı ilə kamera qarşısına keçən Hadisə İnstaqram paylaşımlarını da sürətləndirib.


Uğurlu müğənni dəfələrlə üstsüz pozaları ilə gündəmə gəlib. Hadisə sensasiyalı pozasına "Heç kim sənin kimi sevməz" qeydini yazıb. Məşhur müğənninin bəlkə də ən iddialı pozası 200 minə yaxın bəyənmə toplayıb.