Gülbən Ərgən hirsləndi: “Taksi şirkətim yoxdur, silikonum da yoxdur” 


Türkiyəli məşhur müğənni Gülbən Ərgən taksi şirkətinin olması barədə yayılan xəbərlərə bird aha aydınlıq gətirib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, əsəbi danışan “ulduz” bu cür xəbərlərdən artıq bezdiyini dilə gətirib: 

“Dəfələrlə yazılıb, soruşulub, cavab vermmişəm, amma yenə davam edirlər. Mənim heç vaxt taksi şirkətim olmayıb. Mən ticarətlə məşğul olmuram. Yalnız musiqiyə, səhnəyə yatırım qoyuram. Müğənniyəm, məsləyimə vəsait yatırmaq məcburiyyətindəyəm. Ticarətlə məşğul olmaq ayrı bir istedaddır. Məndə belə istedad yoxdur. Yazırlar, guya 500 taksiyə sahibəm. Bu xəbərlər məni çox əsəbiləşdirir artıq ”.  51 yaşlı  “ulduz” bədəninə silikon qoydurmaq iddialarını da yalanlayaraq: “Bədənimdə, üzümdə, sinəmdə bir qram da silikon yoxdur. Mən silikonlu gəzməyi sevmirəm, gəzə bilmərəm. Bu şəkildə yaşaya da bilmərəm. Bir dəfə saçıma qaynaq etdim. Bir həftə dözə bildim. Hamısını sökdürdüm”, deyib.