Kalbenlə əyləncə dolu gecəyə hazır olun!

Mahnıları ilə könülləri oxşayan, qəlbləri fəth edən Kalben 13 oktyabrda Bakıda olacaq.

"Sherg.az" xəbər verir ki, PiEvents təşkilatçılığı, SeFa Medianın media dəstəyi ilə baş tutacaq gecəyə Park Bulvarda yerləşən Hayal Kahvesi ev sahibliyi edəcək.

2016-ci ildə  “Muzikonair” tərəfindən “İlin ən yaxşı çıxış edən qadın ifaçısı” mükafatına layiq görülən, “Lulunun Macəraları” adlı kitabın və bir çox mahnının müəllifi olan Kalben Sağdıç 17 yanvar 1986-cı ildə Hatayın İskenderun əyalətində dünyaya gəlib.

“Türkiyə Mükafatları” tərəfindən 2017-ci ildə “Ən yaxşı çıxış edən sənətçi” mükafatına layiq görülüb.

Qeyd: Tələsin, yerlər məhduddur. 

Biletləri şəhərin kassalarından və aşağıdakı linkdən onlayn şəkildə əldə edə bilərsiniz.

Tarix: 13 oktyabr 2023
Məkan: Hayal Kahvesi - Park Bulvar AVM