"Mən yaxşı balans yaradıram və o kişini elə edirəm ki, özünü dünyada yeganə insan sayır"
Həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəm olan məşhur türk müğınni Hadisə "Youtube" proqramında qonaq olub. Sherg.az türk mediasına istinadən xəbər verir ki, bilinməyənləri açıqlayan müğənni "Ondan ayrılmaq üçün səbəbiniz nə olardı?" sualına maraqlı cavab verib.
Məşhur müğənni "Hadisəyə uzaqdan baxsanız, ona nə məsləhət verərdiniz?" sualına "Bir rahatlansan" deyərdim. Mən hər şey haqqında çox düşünürəm, bəzi məsələlərdə çox panikaya düşürəm. Özümü sakitləşdirmək istərdim" deyə cavab verib.
Bəzən o stressi idarə edə bilmədiyini ifadə edən Hadisə, "Sonra hər şey başıma gəlir. Özümü rahatlaşdırmaq üçün pis bir şeyə müraciət etmədim. Bununla fəxr edirəm. Tək qalmaqla və ya insanlarla vaxt keçirməklə birtəhər bunun öhdəsindən gəlirəm. Sevdiyim çox insan yoxdur" deyib.
Özündə bəyənmədiyi üç şeyi sadalayan Hadisə bunları bildirib: "Baqajımı hər zaman gec yığıram. Buna çox nifrət edirəm. Çox tez panik oluram. Nəhayət, edəcəyim ödənişləri ikinci bir xatırlatma gələnə qədər gecikdirirəm. Amma İndi bu vərdiş dəyişib”.
Hadisə "Ondan ayrılma səbəbiniz nə olardı?" sualına da cavab verib:
"Əvvəla, Hadisə çox sadiq qadındır. Məni oradan vura bilməzlər. Demək istəyirəm ki, əgər münasibətdə olsam, bütün diqqətim həqiqətən də o adamdadır. Amma təbii ki, işimi çox sevirəm. .Mən olsaydım, Hadisədən ayrılmazdım. Hadisə gözəl qadındır. Bəli, işim vacibdir, amma münasibətimə dəyər verirəmsə, bu çox önəmlidir. Mən yaxşı balans yaradıram və o kişini elə edirəm ki, özünü dünyada yeganə insan sayır. Amma o da buna hazır olmalıdır. Hazır deyilsə, mən edə bilmərəm. Amma hazırdırsa dünyanı ona verərəm və o insan üçün hər şeyi edərəm".
Buna hazır olanlar çoxdurmu saulına münasibət bildirən Hadisə davam edir: "Hazır olduqlarını düşünürlər. İlk etapda Hadisə kimi bir adı daşıya biləcəklərini düşünürlər. Sonra bu qadın o insana ağır gəlir. Adı ilə, şöhrəti ilə, yaşadığı həyatla... Anlada bilərəmi? Geri çəkilirlər. Amma açıq-aşkar deyə bilmirlər, kişinin qüruru var. "Hədisə, səni daşıya bilmərəm" , bir kişi bunu deməz. Uzaqlaşır. Yaxud da əvvəlcə özlərini fərqli göstərirlər, qəhrəman olub səni özlərinə bağlayırlar, sonra artıq gerçək kimliyi üzə çıxır. O zaman da Hadisə onlara "bay“, "bay” deyir”
Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerler ilə təxminən bir il eşq yaşadıqdan sonra 2022-ci ilin martında evliliyə ilk addımını atıb və iki ay sonra Çırağan Sarayında sadə bir mərasimlə evləniblər.
Xoşbəxtlikləri uzun sürməyən məşhur cütlük 2022-ci il oktyabrın 1-də beş aylıq evliliklərini bitiriblər.