“Evdə tək” serialının uşaq ulduzu Makoley Kalkin Hollivudun məşhur "Şöhrətlər Xiyabanı"nda ulduz alıb. Həyat yoldaşı Brenda Sonq da məşhur aktyoru tək qoymayıb.
Sherg.az xəbər verir ki, 90-cı illərin məşhur "Evdə tək" serialının ulduzu Makoley Kalkin Hollivudun "Şöhrətlər Xiyabanı"nda təltif edilənlər arasında olub. 43 yaşlı Kalkin əyləncə sənayesindən bir çox adın şərəfləndiyi "Şöhrət Xiyabanı"nda ulduz alıb.
Mərasimdə aktyoru həyat yoldaşı Brenda Sonq və iki uşağı müşayiət edib. Mərasimdə "Evdə tək" filmində anası obrazını canlandıran Ketrin O'Hara, Paris Cekson və onun "Party Monster" filmində rol aldığı Nataşa Lyon da iştirak edib.
O'Hara çıxışında "Sizi bir deyil, iki dəfə evdə qoyan saxta ananızı bu mərasimə qatdığınız üçün təşəkkür edirəm. Səninlə fəxr edirəm" deyib.
Kalkin mərasimdəki çıxışında həyat yoldaşından çox danışıb:
"Brenda, sənə təşəkkür etmək istəyirəm. Sən mənim hər şeyimsən. Sən mənim tanıdığım ən yaxşı insansan" .