Dua Lipa özündən 14 yaş böyük fransız rejissor Romain Qavrasla sevgili olub. Məlum olub ki, məşhur müğənni Romain Qavrasdan ayrılıb. Ulduz müğənninin bu qərarında musiqi karyerasının təsirli olduğu iddia edilib.
Sherg.az xəbər verir ki, Britaniyalı müğənni Dua Lipa podiumların axtarılan modelləri Bella və Giginin qardaşı Ənvər Hadidlə münasibətini 2021-ci ildə bitirib. Fransız rejissor Romain Qavras müğənni və aktrisa Rita Ora ilə elə həmin il ayrılıb.
Lipa və Qavrasın keçən mart ayında BAFTA Mükafatlarından sonra qatıldıqları gecədə öpüşərkən göründüyü zaman sevgili olduğu məlum olub.
27 yaşlı Dua Lipa və onun yeni sevgilisi, 41 yaşlı Romain Qavras ötən may ayında 76-cı Kann Film Festivalında görünüb və ilk dəfə qırmızı xalçaya birlikdə çıxıblar.
Dua və Romain premyeraya əl-ələ gələrək kameralar qarşısına keçiblər. Qavrasın gözünü Lipadan çəkə bilmədiyi anlar kameraya əks olunub.
Yayda birlikdə Yunanıstana tətilə gedən cütlük Dua Lipanın ad günündə səmimi pozalar verərək sevgilərini nümayiş etdiriblər. 8 aylıq bu eşq macərasının bitdiyi iddiası İngiltərənin "The Sun" qəzetində yer alıb.
Ayrılığa səbəb kimi məşhur müğənninin üçüncü albomu çıxmazdan əvvəl diqqətini yalnız musiqisinə yönəltmək istəməsi olduğu ortaya çıxıb.