CeyLo və Ben kameralar qarşısında - FOTO

Hollivud ulduzu Ben Afflek və dünyaca məşhur müğənni Cennifer Lopez tədbirdə görüntüləniblər.
Bakupost.az xəbər verir ki, cütlük kamera qarşısında pozalar verib.
Lopez gecəyə Grace Ling brendindən olan cəlbedici geyimlə, Ben isə ağ köynək və qara qalstuklu kostyumla qatılıb.
Cütlüyün birlikdə çəkdirdiyi səmimi pozaları sosial mediada gündəm olub.
Qeyd edək ki, Ben və CeyLo ötən ilin iyulunda Las-Veqasda evləniblər.
Cütlük daha əvvəl də münasibətdə olub və təqribən 20 il əvvəl ayrılıblar. Məşhur cütlük ötən il yenidən münasibətlərini bərpa edib.
Bu, 52 yaşlı Cennifer Lopezin dördüncü, 49 yaşlı aktyorun isə ikinci evliliyidir.