İlk dəfə körpəsinin fotosunu paylaşdı

Yeni ana olan məşhur aktrisa Ezgi Mola ilk dəfə körpəsinin fotosunu paylaşıb.
Bakupost.az xəbər verir ki, 40 yaşlı Ezgi 6,3 milyon izləyicisi olan İnstaqram səhifəsinin hekayələr bölməsində oğlunun ilk şəklini paylaşıb.
Körpəsini həkim müayinəsinə gətirən məşhur "Canım həkimimiz... Axır ki, o gün gəldi mi? Yoxlama günü...", qeydini yazıb. Onun paylaşıma şərhlər və bəyənmələr gəlib.
Qeyd edək ki, “Masumlar Apartmanı” serialı ilə daha da məşhurlaşan aktrisa 4 ildir birlikdə olduğu sevgilisi menecer Mustafa Aksakallı ilə mayın 8-də ailə qurub. O, toydan qısa müddət sonra hamilə olduğunu açıqlayıb.