Türkiyəli aktrisa əməliyyat olundu - FOTO

Türkiyəli aktrisa Tuvana Türkay əməliyyat olunub.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Uzun müddət ayağındakı ağrılar səbəbilə çətin anlar yaşayan aktrisa həkimə gedib. Müayinələrdə varikoz damarlarında ciddi problemlər aşkar edildikdən sonra əməliyyata götürülüb.
Əməliyyatdan sonra sağlamlığına qovuşan Türkay sosial media hesabından verdiyi açıqlamada bunları deyib:
"Uzun müddətdir ayaqlarım ağrayırdı. Kramplar və ayaqların şişməsi səbəbindən çətinlik çəkirdim. Mənim də varikoz damarlarım var idi. Sonra mən Cesur Hoca ilə tanış oldum”.
Tuvana Türkayın həkimi də "Tuvana gənc olsa da, bu xəstəliyi yaşadı. Çünki anasında da eyni problem var idi. Yəni genetikdir. Bu, yaşlı insanlar və siqaret çəkənlər üçün böyük riskdir”.