Ana və qızı birlikdə məzun oldular

2 il əvvəl  birlikdə universitetə imtahan verən Dilek Baş (50) və qızı Gizem Baş (30) eyni ixtisası qazanaraq  parta yoldaşı olublar. Ana və qızı bu il Pamukkale Universitetini birlikdə bitirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Pamukkaledə yaşayan evdar qadın Dilek Baş və qızı Gizem Baş 2 il əvvəl birlikdə universitet imtahanında iştirak ediblər. İmtahanda yaxşı nəticə göstərən ana və qızı Pamukkale Universiteti Honaz Peşə Liseyi İctimaiyyətlə Əlaqələr və Tanıtım Proqramını qazanaraq 2 il eyni şöbədə oxuyub və parta yoldaşı olublar. Ali məktəbə birlikdə gedib-gələn,  bir yerdə oxuyan Dilek Baş və qızı Gizem də bu il məzun olmağın sevincini  yaşayıblar.

Dilek Baş illərlə universitetə ​​gedə bilmədiyi üçün özünü pis hiss etdiyini bildirdi: "Universitet oxumaq istəyirdim. İki il öncə qızımla birlikdə imtahana girdik . İstədiyimiz ixtisası qazandıq. Qızımla iki il keçdi və nəhayət birlikdə məzun olduq. Qızım ikinci universiteti bitirdi. Oğlum da universitet məzunudur".

Auditoriyada  anasının parta yoldaşı olması ilə fəxr etdiyini deyən Gizem Baş, "Anamla fəxr edirəm. Çox xoşbəxtəm, ağlamaqdan özümü güclə saxlayıram. Əvvəl "Mühasibat uçotu və vergilər" ixtisasını bitirmişdim.  Anamla yenidən imtahan verdik və eyni ixtisasa  daxil olduq. İndi anamla birlikdə məzun olmağın xoşbəxtliyini yaşayıram” deyə bildirib.

Turan