
Direktor-müəllim qovğası! – Səbəb:“Bir müəllim direktora pul verib, dərsə gəlmir, digəri isə...”
Direktor-müəllim qovğası! – Səbəb:“Bir müəllim direktora pul verib, dərsə gəlmir, digəri isə...”
Yusif Nəzərli
11:11 27.02.2023
Elm və Təhsil
500
"Ölkədə fəaliyyət göstərən 4440-dan çox təhsil ocağı var. Bunlardan yalnız 20-25 faizində belə hallar müşahidə olunmur.Demək olar ki, qalan digər məktəblərdə direktor və müəllimlər arasında müəyyən etirazlar yaşanır".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində direktorla riyaziyyat müəllimi arasındakı qalmaqaldan danışarkən deyib.
O bildirib ki, bu qarşıdurmalar əsasən maliyyə və maddi imkanlarla bağlı məsələlərdən qaynaqlanır:

"Çünki bəzi müəllimlər direktora müəyyən ödəniş edərək, dərsə gəlmir və başqa işlərlə məşğul olurlar. Hətta dərs saatı zamanı sinif otağına daxil olanda müəllimin olmadığını görürsən. Bu hallara isə ən çox bölgələrdəki məktəblərdə rast gəlinir. Belə səbəbdən dolayı da direktorla, müəllim arasında müəyyən ixtilaflar yaşanır. Əsas başlıca səbəb isə maddi imkanların zəif olmasıdır. Ona görə ki, bir müəllim normal imkanı olarsa, əlavə iş imkanları axtarmaz. Bunun qarşısının alınması üçün ən gözəl üsul, müəllimlərin əmək haqlarının artırılmasıdır. Düzdür, burada digər səbəblər də ola bilər. Bu gün təhsil müəssisələrində160 mindən artıq müəllim fəaliyyət göstərir. Onları hamısının qanunvericiliyin tələblərini yerinə yetirdiyini və dərslərini vaxtı-vaxtında tədris etdiyini demək olmaz".
Ekspertin sözlərinə görə, hər sahədə istisnalar mövcuddur və bəzən bu istisnalar xoşagəlməz görüntülər ortaya çıxarır:
" O ki, qaldı müəllim və direktorun davası ilə bağlı çıxan görüntülərə, bunu düzgün hesab etmirəm. Çünki hər iki şəxs lider hesab olunur. Biri müəllimdir və ən azı tabeliyində 25-30 şagird var. O uşaqlar belə müəllimdən hansı nəticə götürəcək? Eyni zamanda direktor da həm müəllim heyyətinə, həm də şagirdlərə rəhbərlik edir. Onun da örnək davranması vacibdir. Bu nöqteyi -nəzərdən hər iki şəxsə də inzibati qaydada xəbərdarlıq olunmalıdır və növbəti dəfə belə hal baş verərsə, təhsil müəssisəsindən uzaqlaşdırılmalıdırlar. Ümumiyyətlə, belə hallara yol verənlər təhsil sistemində saxlanmalı deyil".
Qeyd edək ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində münaqişə baş verib. Belə ki təhsil müəssisəsinin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirovz bir-birilərinə qarşı nalayiq ifadələrdən istifadə edirlər. Əlavə edək ki, hadisə təhsil ocağında baş verib və onların görüntüləri sosial mediada gündəmə çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm