Emin Əmrullayev:"2000 manatdan çox maaş alan müəllimlər var" - CANLI YAYIM
Yusif Nəzərli
11:28 27.02.2023
Elm və Təhsil
1061
Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” imzalandığı sərəncamla bağlı mətbuat konfransı keçirir.
Oxu.Az-ın məlumatına görə, nazir bildirib ki, 2014-cu illə müqayisədə müəllimlərin orta əməkhaqları 267 manatdan 790 manata qədər artıb:
“2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs saatı 12 saatdan 18 saata, əməkhaqları isə iki dəfə artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın artması deməkdir”.
E.Əmrullayev əlavə edib ki, sertifikasiyadan keçdikcə müəllimlərin əməkhaqları 790 manatdan 910 manata qalxacaq:
“İki-üç ildən sonra müəllimlərin orta aylıq əməkhaqlarının 1000 manatdan çox olacağını proqnozlaşdıra bilərik. Azərbaycanda müəllimlərin 52 faizi 500-1000 manat aralığında əməkhaqqı alır. 29 423 müəllim 1000-1500 manat, 3103 nəfər 1500-2000 manat, 216 müəllim isə 2000 manatdan çox maaş alır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm