Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? - Siyavuş Novruzov
14:34 31.05.2023
Elm və Təhsil
573
"Gündəmdə olan məsələ müəllimlərin sertifikasiyasıdır. Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?". Sherg.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, insanların bununla bağlı ciddi narahatlıqları var: “Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayını baxın, görək, bu qədər mərkəz yetərlidirmi? İkincisi, müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var. Bu məsələ diqqət mərkəzində olmalıdır”.
Deputat Sabir Rüstəmxanlı isə 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinə olduğunu deyib: "65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır". O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır: "65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region