Təhsili yarımçıq qalmış türklər Azərbaycanda oxuyacaqlar
Yusif Nəzərli
08:10 01.03.2023
Elm və Təhsil
567
Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib. Bu barədə "Trend"in sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib. Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu liseyində təhsil alır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ bölgəsində yaşamış əhali ərazidən təxliyə edilib, o cümlədən də azərbaycanlılar arasında ölkəyə qayıdanlar var.
Bakıda təhsilini davam etdirəcək şagirdlər hansı çətinliklə üzləşə bilər? Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkələrimiz və xalqlar arasındakı qardaşlıq, qarşılıqlı yardımlaşma təhsil sahəsində də özünü göstərir:
- Əlbəttə, soydaşlarımızın ailəliklə qardaş Türkiyədən Azərbaycana gəlməsi təbii fəlakətin nəticələri ilə bağlıdır. Azərbaycan Elm və Təhsil Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirərək Türkiyədə təhsili yarımçıq qalmış şagirdlərə Azərbaycanda təhsillərini davam etdirmək imkanı yaradır. Zəlzələ bölgəsindən gələn şagirdlər Türkiyə təhsil sisteminə daha çox uyğun olduğu üçün Anadolu liseyinə yerləşdirilib. Bu liseyin tədris proqramı Türkiyə təhsilinə uyğundur. Tədris proqramında müəyyən fərqlər dil və ədəbiyyat fənləri üzrə ola bilər. Lakin ümumi fənlərdə fərqlilik demək olar ki, yoxdur. Şagirdlərin yerləşdirilməsi də Azərbaycan və Türkiyə təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun həyata keçirilir. Ali məktəb tələbələri arasında təhsilini Azərbaycanda davam etdirmək istəyənlərsə, Türkiyədə müvəqqəti məskunlaşmış şəxslərdirsə, burada mütləq qeydiyyata düşməlidirlər.
E.Əfəndi qeyd etdi ki, Türkiyədən təxliyə edilmiş ailələrin övladlarının biliyinin qiymətləndirilməsində güzəştlər olmalıdır:
- Nəzərə alınmalıdır ki, bu şagirdlər zəlzələ fəlakətini yaşamış uşaqlardır. Onlarla həssas davranılmalıdır. Tədris prosesində, illik qiymətləndirmədə də bu amil diqqətə alınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm