Alimlər xəbərdarlıq etdi: İnternet həftələrlə kəsiləcək

Alimlər gələn ilin əvvəlində Yer kürəsinin güclü günəş fırtınalarına məruz qalacağını açıqlayıblar. "Günəş maksimumunun" gözləniləndən daha tez gələcəyini bildirən mütəxəssislər, bu fırtınaların həftələrlə qlobal interneti pozacaq qədər güclü olduğuna dair xəbərdarlıq ediblər.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, təxminən hər 11 ildən bir günəş maksimumu adlanan dövrdən keçir. Bu dövrdə meydana gələn günəş ləkələri Günəşin maqnit sahəsindəki böyük dəyişikliklər nəticəsində arxipelaqları xatırladan strukturlar əmələ gətirir.

Bu ləkələr həm də günəş fırtınalarına səbəb olan güclü enerji partlayışlarına səbəb ola bilər. Bu fırtınalar peykləri zədələyə və hətta rabitə sistemlərini sıradan çıxara bilər.

Yeni bir araşdırma göstərir ki, günəş maksimumu 2024-cü ilin əvvəlində, gözləniləndən daha tez baş verəcək. Bu proqnoz NASA-nın 2025-ci ilin sonu üçün proqnozundan fərqlənir.