"Telegram" çökdü

"Telegram" sosial şəbəkəsində problem yaranıb.

Teleqraf rus mətbuatına istinadən xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən məşhur "Downdetector" portalı xəbər yayıb.

Məlumata əsasən, rusiyalı "Telegram" istifadəçiləri messencerlə bağlı problemlərin yarandığını bildirirlər. Artıq belə şikayətçilərin sayı 6 minin keçib.