Koronavirusa qarşı zəncəfilli çörək, yoxsa işbazların pul “tələsi” ?! – İZAH 

“Bütün bunlar işbazların satışı genişləndirmək üçün sui-istifadəsidir”

“Doğurdan da koronavirusa xeyir olsaydı, xəsətliyin dərmanını zəncəfildən düzəldib sonra elan edərdilər”




Azərbaycanda koronavirusa qarşı zəncəfilli çörək istehsal edilir. Çörəyin sosial şəbəkələrdə yayılan fotosu geniş müzakirələrə səbəb olub. 
Məlumata görə, çörəyin üzərinə “antikoronaviruslu” sözü yazılıb. Ekspertlərin fikrincə, pandemiya dövründə bəzi işbazlar yaranmış vəziyyətdən istifadə edərək, istehlakçıları aldatmağa çalışırlar.

Qida Təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, zəncəfil bəzi xəstəliklərin yüngülləşməsinə müsbət təsir göstərir. Amma demək olmaz ki, bu yüngülləşmə koronavirusa aiddir:

“Məsələn, əvvəllər “AzQranata”nın baş mühəndisi demişdi ki, “koronavirusun dərmanı ağ suyun qırmızı şərabıdır”. Bu məlumat da sosial şəbəkələrdə yayılmışdı. Bütün bunlar işbazların satışı genişləndirmək üçün sui-istifadəsidir. Doğurdan da koronavirusa xeyir olsaydı, xəsətliyin dərmanını zəncəfildən düzəldib sonra elan edərdilər. Məncə, bu uydurma məlumatdır. Belə şayələrə inanmaq olmaz”.