Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 515 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 10 524, xəstəlikdən ölənlərin sayı isə 170 nəfərə çatıb.
Koronavirusa yoluxan 3454 nəfər sağalıb.