"Media savaş bölgəsində akkreditasiyadan keçirilməlidir" 

"Yoxsa ki, hər kəs kəndinin içindən canlı yayım açıb bölgədəki vəziyyəti şərh edə bilməz"

"Çünki  ərazinin coğrafi xəritələri də yayınlanır. Bu, yolverilməzdir”


Cəbhə bölgəsində baş verənlər informasiya təhlükəsizliyi məsələlərini bir daha gündəmə gətirib. Təəssüf ki, son günlər həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır. Dezinformasiyalar ordumuzun müdafiə qabiliyyətini zəiflədə, cəmiyyətdə çaşqınlıq yarada bilər. Lakin belə həssas dönəmdə ən vacib nüanslardan biri medianın öz işini və informasiya siaysətini düzgün qurmasıdır.

Əlbəttə, fəaliyyətini düzgün quran peşəkar media işinin öhdəsindən layiqincə gəlir. Amma yanlış məlumatlar yayıb düşmənin “çörəyinə yağ sürtənlər” də var.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Sherg.az”a bildirib ki, artıq Azərbaycan mediası belə kritik məqamlarda işini peşəkarcasına qurur:
Baş redaktor qeyd edib ki, milli və dövlət maraqları prizmasından çıxış edən mediamız vahid güc kimi hərəkət edir:

“Hansısa təsadüf yanlışlıqlar olanda, onlar da qısa vaxtda aradan qaldırılır. Bu baxımdan, ciddi media ilə bağlı məsələdə problem yoxdur.
Son hadisələrdə məni narahat edən “Youtube” kanalıdır.

“Youtube” kanalları hətta cəbhənin ən qaynar yerlərindən videolar, fotolar çəkib paylaşırlar. Son günlərdə belə videolar sosial şəbəkələrdə çox yayılırdı. Hesab edirəm ki, media savaş bölgəsində akkreditasiyadan keçirilməlidir.

Yoxsa ki, hər kəs kəndinin içindən canlı yayım açıb bölgədəki vəziyyəti şərh edə bilməz. Çünki  ərazinin coğrafi xəritələri də yayınlanır. Bu, yolverilməzdir”.