“Azərbaycan haqqın bərpası uğrunda müharibə aparır” - Deputat

“Biz bu yolda müvəfəqqiyətlə irəliləyirik”  

“Parlament üzvü qeyd edib ki, müharibə siyasətin hərb meydanında davamıdır”


Bu gün ordumuzun gücü, xalqımızın iradəsi fonunda beynəlxalq münasibətlərdə hüquq probleminin yaşandığı bir daha bəlli olur. Azərbaycan ədalət deyilən məfhumun varlığını təsdiqlədi. Dövlətimiz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail olub. Lakin təəssüflər olsun ki, yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya birliyi bəyanatlardan konkret əmələ keçmək barədə düşünmür. Halbuki hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş beynəlxalq hüququn sarsılmaz prinsipidir.

Bu gün Azərbayan Ordusu məhz beynəlxalq səviyyədə tanınan ərazilərimizdə döyüşür, işğalçı Ermənistana layiq olduğu yeri göstərir. Ordumuzun sentyabrın 27-dən bügünədək böyük tarix yazdığını xüsusi qeyd etməliyik. Azərbaycan Ordusu beynəlxal hüququ və ədaləti təmin edir.

Rəşadətli ordumuzun uğurları barədə “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, Azərbaycan haqqın bərpası uğrunda müharibə aparır:
Ona görə də biz bu yolda müvəfəqqiyətlə irəliləyirik.  Parlament üzvü qeyd edib ki, müharibə siyasətin hərb meydanında davamıdır:

“Azərbaycan 30 il ərzində mümkün ola biləcək bütün həll və müzakirə varinatlarından istifadə etdi. Bu illər ərzində Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışdılar. Hazırda ordumuzun uğurlar 1-2 günün işi yox, uzunmüddətli çalışmanın nəticəsidir. İndiki siyasi prosesdə Azərbaycanın mövqeyi tam olaraq aydındır. İşğal altında olan torpaqlarımız mütləq azad ediləcək.

Yaxşı olar ki, düşmən beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazilərimizi tərk etsin. Əks halda daim müzəffər Azərbaycan Ordusu ilə qarşı-qarşıya gələcəklər. Hazırda ölkəmiz 21-ci əsrin müharibəsini aparır. Həqiqətən də bu günkü hərbi əməliyyatlarımız hərbi dərsliklərə düşəcək”.

Azərbaycanın bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini deyən millət vəkili vurğulayıb ki, bizim heç kimin torpağında gözümüz yoxdur və yalnız öz ərazilərimizdə müharibə aparırıq:

“Dağlıq Qarabağ məsələsi ya hərb, ya da sülh yolu ilə öz həllini tapmalıdır. Başqa yol yoxdur. Haqlı davamızda bizə dəstək verən qardaş ölkə siyasi dəstəyi ilə birlikdə, beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün var qüvvəsi ilə çalışır.

Beynəlxalq təşkilatlar 30 il ərzində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə göz yumur.

Ordumuz isə beynəlxalq aləmin  əvəzinə düşməni sülhə məcburetmə əməliyyatlarını yerinə yetirir. Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatları nəticəsində  düşmən darmadağın edilərək, geriyə otuzdurulmaqdadır”.