Samirə Əfəndi sevgilisi Tixdən danışdı:“...Münasibətə razıyam”

“Eurovision 2021” iştirakçısı Samirə Əfəndi “Elgizlə izlə” proqramında qonaq olub. Bu zaman o yarışmada tanış olduğu Norveç təmsilçisi Tixdən danışıb.
“Sherg.az” xəbər verir ki, müğənni onunla münasibətindən bəhs edib:
“Tixlə münasibətə razıyam. Amma hələ dəqiq bilmirəm. O, Bakıya gəlmək istəyir. Lakin  məhdudiyyətlər var. Sərhədlərdə problem olduğu üçün gələ bilmir. Mən də istəmirəm. Çünki pandemiyaya görə, təhlükəlidir”.
Aparıcı Elgiz Əkbər isə sənətçiyə öz tövsiyələrini çatdırıb:

“Heç nə olmaz, o gələnə qədər koronavirus bitəcək.  Sən işi uzatma, yaxşı oğlandırsa, razılaş”.

S.Əfəndi çox az müddətdir tanış olduqlarını və bir-birilərini hələ yaxşı tanımadıqlarını xüsusi vurğulayıb:

“Məncə,  hələ danışmalı, bir-birimizi tanımalıyıq. Bizim mədəniyyətlərimiz tamam fərqlidir. Hazırda düşünürəm. Onun fikiri ciddidir. Çünki mən özümü ciddi göstərmişəm”.

Bu zaman studionun digər qonaqları Tixin burnunu müzakirə edib. Zarafatla onun Bakıya gələndə estetik əməliyyat olunmasını deyiblər. 
Stilist Anar Ağakişiyev norveçli müğənninin Samirəyə qızıl bilərzik hədiyyə etdiyini bildirib.