Xalq artisti:"Öləndə yerimi heç kim bilməyəcək"

Xalq artisti Flora Kərimova “Elgizlə izlə” proqramında qonaq olub.
“Sherg.az” xəbər verir ki, o, bir vəsiyyətini dilə gətirib:
“O adam xoşbəxtdir ki, yaşayanda sevilib, dünyasını dəyşində  ağlayanı olub. Mən evdə də demişəm. Səksən yaşım var.  Sabahım olmaya bilər.  Köçəndə qəbir üstümdən kadrlar çəkmə imkanınız olmayacaq. Yerimi heç kim bilməyəcək. Övladlarıma söyləmişəm ki, sizdən bunu ruhum tələb edəcək”.