Qazi və şəhid övladlarına verilən dəyərin BÖYÜK NÜMUNƏSİ...- Örnək addım! 

15 iyun tarixində Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı  Regina Kovalyova Vətən müharibəsi qazisi Denis Quzlayevlə ailə həyatı qurub. Toy Yeni Azərbaycan partiyasının (YAP) Nizami rayonu təşkilatı tərəfindən təşkil edilib. Şad günlərində  Cütlüyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil hədiyyə edilib.

Qazilərin narazılıqlarının çoxaldığı bir dövrdə dövlətimiz tərəfindən belə gözəl  addımın atılması,xalq arasında böyük sevinc və fərəh hissinə səbəb olub.Qeyd edək ki, Denis Quzlayev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib. Denis "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilib.Reginaın atası Yuri Kovalyov  isə 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə şücaətlə vuruşub. 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Bu örnək addımla bağlı "Sherg.az"a danışan  “Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qey edib ki, belə bir tədbiri ərsəyə gətirmək və iki gəncin gələcəkdəki rahatlığını təmin etmək üçün görülən işlər atılan addım təqdirəlayiqdir:

"İqtidarda olan partiyanın və dövlət qurumunun belə gözəl bir addım atması onun qazilərə, şəhid övladlarına verdiyi dəyərin böyük nümunəsidir. Gələcək də bunun kimi daha çox gözəl addımlar atılacağını arzu edir hər iki quruma da minnətdarlığımı bildirirəm".