"Hər iki ölkə iqtisadi və nəqliyyat baxımından inkişaf etmiş ölkədir”
“Azərbaycan Cənubi Qafqazda , Özbəkistan isə Mərkəzi Asiyada qovşaq rolunu oynayır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin əhəmiyyətini dəyərləndirən politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki,Özbəkistan böyük potensiala sahib bir ölkədir və son zamanlarda əlaqələri genişlənir:
" Hər iki ölkə iqtisadi və nəqliyyat baxımından inkişaf etmiş ölkədir. Azərbaycan Cənubi Qafqazda , Özbəkistan isə Mərkəzi Asiyada qovşaq rolunu oynayır.Bu qovşaqların birləşməsi hər iki ölkənin iqtisadi potensialını artırır. Digər tərəfdən türkçülüyün və türk dünyasının birləşməsinə şərait yaradır.Türk Birliyi son zamanlarda güclənir və Türk köklü ölkələr arasındakı ikili əlaqlər daha da genişlənir.
Dünyada gedən mürəkkəb proseslər var. Bura Rusiya Ukrayna müharibəsini,Çinlə Qərb arasında qarşıdurma və digər hadisələr daxildir. Ümumilikdə Türk birliyi bütün bunlara verilən bir cavabdır".