Rusiya və Türkiyə vahid mövqedən çıxış edirlər - Elçin Xalidbəyli

SEPAH-ın şəxsi heyəti Suriyanın mərkəzində “Vaqner” özəl hərbi şirkətinin mövqelərini tutub.

Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, vaqnerçilər Suxna və bir sıra digər bölgələrdəki mövqelərdən geri çəkiliblər:
“Həmin ərazilər indi İran hərbçiləri tərəfindən tutulub”.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Suriya probleminin həlli ilə bağlı müəyyən addımlar atılmağa başlayıb. 

“Suriya probleminin həlli üçün Rusiya və Türkiyə prezidentləri anlaşıblar. Müşahidələr onu göstərir ki, Rusiya və Türkiyə vahid mövqedən çıxış edirlər. Rusiya açıq şəkildə bildirməsə də, hazırda Türkiyənin terror təşkilatlarına qarşı antiterror tədbirlərinə dəstək verir. İran təbii ki, Suriyadakı rejimi dəstəkləyir. Vaqnerin oradan çıxması Rusiyanın oranı İrana buraxması anlamına gəlmir. Vaqner çəkilməsinin əsas səbəbi Rusiyanın dövlət olaraq artıq Vaqnerə güvənməməsidir. Qüvvələri özü geri çəkir. Rusiya onlardan Ukrayna müharibəsində istifadə etməyi planlaşdırır”.