Mirzoyandan sülh siqnalı: Ermənistan  yaranan fürsətdən istifadə etməyə çalışır?

Bakı ilə sülh üçün fürsət yaranıb.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İrəvan prosesin uğuruna inanır.
Nazirin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini öyrənəcək və lazımi qaydada cavab təqdim edəcək.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Mirzoyanın Azərbaycanla bağlı fikirlərində heç bir qeyri-adilik yoxdur:

“Hazırda sülh müqaviləsinin bağlanması üçün fürsət yaranması ilə bağlı fikir səsləndirmək üçün kifayət qədər əsas var. İrəvan hakimiyyəti tərəfindən açıqlamalarda Ermənistanın təkliflər paketi barədə müsbət yönümlü düşüncədə olduğunu bilmək olur. Sankt-Peterburqda Prezident İlham Əliyevin Nikol Paşinyanla  ayaqüstü görüşünün kadrları da ictimaitdə göründü. Ola bilər orada sözügedən məsələlər ayaqüstü də olsa razılaşdırılıb. Ermənistan üçün hazırda Azərbaycanla razılaşmaq ən düzgün addım olduğuna görə onlar yaranan fürsətdən istifadə etməyə çalışır”.